Məhsullar

40 kW – 300 kW güc aralığında sənaye tipli DC şarj stansiyaları

DC (Direct Current) texnologiyalı sürətli şarj stansiyaları elektrik avtomobillərinin batareyasını birbaşa sabit cərəyanla doldurur. Bu yanaşma enerjinin konvertasiya mərhələsini aradan qaldırdığı üçün şarj prosesi daha effektiv və daha sürətli həyata keçirilir.

AC şarj cihazlarından fərqli olaraq, DC stansiyalar yüksək güc diapazonunda (40 kW-dan 300 kW-a qədər) işləyərək avtomobilin akkumulyatorunu qısa zaman ərzində yüksək səviyyədə doldura bilir. Bu xüsusiyyət onları:

  • Magistral yollar,

  • Yanacaqdoldurma məntəqələri,

  • Ticarət və biznes mərkəzləri,

  • Avtoparklar və logistika zonaları üçün ideal həllə çevirir.

7 kW – 22 kW güc aralığında fərdi istifadə üçün şarj cihazları

7 kW-dan 22 kW-a qədər gücdə olan divara quraşdırılan kompakt şarj cihazları gündəlik istifadə üçün praktik və etibarlı həll təqdim edir. Bu tip avadanlıqlar elektrik avtomobilini təhlükəsiz və stabil şəkildə AC cərəyanla dolduraraq ev və kiçik obyektlər üçün optimal balans yaradır.

Kompakt ölçüsü və estetik dizaynı sayəsində az yer tutur, quraşdırılması rahatdır və mövcud elektrik infrastrukturuna uyğun şəkildə inteqrasiya edilə bilir.

Əsas istifadə sahələri:

  • Mənzillər və fərdi evlər

  • Villalar və həyət evləri

  • Kiçik ofislər

  • Şəxsi qaraj və parkinq sahələri

3.5 kW – 7 kW güc aralığında mobil şarj cihazları

3.5 kW-dan 7 kW-a qədər gücdə olan mobil şarj cihazları elektrik avtomobilləri üçün çevik və praktik enerji həllidir. Kabel formasında olan bu cihazlar istənilən uyğun rozetkaya qoşularaq avtomobilin təhlükəsiz şəkildə doldurulmasına imkan verir.

Yüngül və kompakt quruluşu sayəsində rahat daşınır, səfərlər zamanı, ezamiyyətlərdə və ya sabit şarj infrastrukturu olmayan məkanlarda ideal seçimdir.

Əsas üstünlükləri:

  • Quraşdırma tələb etmir

  • Standart elektrik rozetkası ilə işləyir

  • İstənilən məkanda istifadə imkanı

  • Təhlükəsizlik qoruma sistemləri ilə təchiz olunur